Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir

03.02.2022

02.02.2022-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində 2 Fevral "Gənclər günü"nə həsr olunmuş tədbir kecirildi. İlk öncə məktəbin direktoru Almaz Əliyeva məktəbin gənc müəllimlərini təbrik edərək,bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan,onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən,bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasını vurğuladı.Sonra məktəbin fortepiano müəllimi Fərqanə Mahmudova Prezident İlham Əliyevin gənclərin mənəvi inkişafı,vətənpərvərlik tərbiyəsi,xarici ölkələrdə təhsili,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər,gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanın bu sahəyə böyük diqqətinin nəticəsi olması barədə çıxış etdi.

Tədbir məktəbin bir qrup muəllim və şagird kollektivinin hazırladığı konsert proqramı ilə başa çatdı.

 

288.8 KB