Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hər bir dövlət gəncləri ilə güclüdür” başlıqlı onlayn tədbir keçirilib

02.02.2022

2.02.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 2 fevral Gənclər günü münasibətilə "Hər bir dövlət gəncləri ilə güclüdür" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq Gənclər günü münasibətilə hər kəsi təbrik etdi və bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi.

Tədbirdə Gənclər və İdman baş idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Günel Abbasova, II Qarabağ Vətən müharibəsinin qazisi İnqilab Rüstəmov, Xarici dillər universtetinin magistrı 1 kurs tələbəsi Aygün Məmmədova, Bakı Dövlət Unverstetinin məzunu Arzu Tahirova, gəncləri təbrik üçün tədbirimizə qoşulan Filologiya elmləri doktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Xuraman Hümmətova və Gəncə Gənc Resus Mərkəzinin təlimçi, mentoru Sevinc Məmmədova çıxış etdilər. Xuraman Hümbətova gəncləri təbriklə yanaşı II Qarabağ Vətən müharibəsində gənclərin göstərdiyi böyük qəhrəmanlıq salnaməsindən, elmdə, təhsildə, idmanda, iqtisadiyyatda, siyasətdə, müasir texnologiyaları yüksək səviyyədə idarə etməyi bacaran gənclərin əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verdi. Həmçinin tədbirdə qəbul olunan Dövlət Proqramları və "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsindən danışıldı.

 

85.8 KB