02.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 02.02.2022-ci il tarixində 2 Fevral Gənclər günü münasibətilə “Vətənin aparıcı qüvvəsi olan gənclik necə olmalıdır? “adlı sual cavab gecəsi keçirilmişdir. Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açaraq 2 fevral tarixinin Gənclər Günü kimi elan olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğundan və 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldığından danışdı. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva çıxışında bildirdi ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva çıxışında vurğuladı ki, bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Həmin məktəbin kitabxanaçısı Jalə İsmayılovada mövzu ilə bağlı maraqlı fikirlərini bildirdi. MKS –nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tərəfindən iştirakçılara 2 Fevral Gənclər günü ilə bağlı suallar verildi. Mehriban Həsənova, Cavidan İsmayılov, Aynur Quliyeva, Qanlı Qasımov və başqaları verilən suallara maraqlı cavablar verdilər. Beləliklə tədbirdə , Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasət olduğu , bu siyasətin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyi bildirildi.