02.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 02.02.2022-сi il 2 fevral Gənclər günü münasibəti ilə “Zəfər yollarında gücünü göstərən gənclərimiz” başlığı altında dəyirmi masa keçirdi. Tədbirdə 4 saylı orta məktəbin 9a sinif şagirdləri və ədəbiyyat müəllimi Gülmira Pənahova iştirak edirdi. Tədbiri giriş sözü ilə 1 saylı kitabxananın kitabxanaçısı Əmiraslanova Günay açdı. O, çıxışında bildirdi ki, 2 fevral Ümumrespublika Gənclər günüdür. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
1 saylı kitabxana filialının böyük kitabxanaçısı Kərimzadə Lalə bildirdi ki, ölkəmizdə istedadlı gənclərə xüsusi diqqət və qayğı ilə yanaşılır. Gənc idmançılarımız respublikamızda və xaricdə təşkil olunan möhtəşəm beynəlxalq idman yarışlarında öz bacarıqlarını nümayiş etdirir.
Çıxış üçün söz, 4 saylı məktəbin ədəbiyyat müəllimi Pənahova Gülmiraya verildi.Vətən onun yolunda canından keçən, şəhid adını şərəflə qəbul edən soydaşlarımızın bizə əmanətidir. Əmanəti hər zaman əziz tutmağı, göz bəbəyi kimi qorumağı milli-mənəvi dəyərlərimizdən öyrənmişik. Gənclərimiz də bu ruhda tərbiyə alırlar. Ona görə də Vətənin bir çağırışı ilə hünər göstərdilər, yeni, şanlı tarix yazdılar . Azərbaycan tarixin qalibiyyət səhifələrinə öz yeni uğurlarını, möhtəşəm qələbələrini yazacaq. Üzərinə düşən vəzifənin, məsuliyyətin böyüklüyünü yaxşı bilən Azərbaycan gəncliyi həmin səhifələrdə möhtəşəm yer tutacaq.