02.02.2022
Gəncə şəhər MKS-nin 8 saylı kitabxana filialı 02.02.2022-ci il tarixdə Azərbaycan Gənclər günü münasibəti ilə "Vətənpərvər Gənclər işiqlı sabahımızdır" adlı dəyirmi masa keçirdi. Tədbiri kitabxanaçı Asya Qurbanova açaraq Azərbaycan gənclərini və tədbirdə iştirak edən gənc tələbələri Azərbaycan Gənclər günü münasibəti ilə təbrik etdi. Bir dövlətin dayanıqlı inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin dahada möhkəmlənməsi,gələcəyin etibarlı təminatı intelektual səviyyəli kadrların yetişməsindən asılıdır. Daha sonra tədbirdə iştirak edən gənclərə söz verildi. Çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıdan, ölkə prezidenti cənab Ilham Əliyevin hər zaman gənclərin çağrışına müsbət cavabından danışdı.