Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xoşbəxt gələcəyin ümidi gənclər” mövzusunda dəyirmi masa keçirilmişdir

02.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 2 Fevral Gənclər günü ilə əlaqədar “Xoşbəxt gələcəyin ümidi gənclər” mövzusunda dəyirmi masa keçirdi.

Tədbirdə Gəncə Dövlət Universitetinin və Gəncə Tibb Kollecinin tələbələri iştirak edirdi.

Mərkəzin bələdçisi Sevinc Bədəlova tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfərləri haqqında geniş məlumat verdi.

Tədbirdən əvvəl II Qarabağ-Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək qeyd etdi ki, bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2 – də imzaladığı Fərmana əsasən, fevralı 2-si Gənclər günü kimi qeyd olunur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova, Gəncə Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Fuad Dadaşov, Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin Tələbə-Gənclər Təşkilatının sədri Rövşən Süleymanov, İqtisadiyyat və İdarəetmə fakultəsinin tələbəsi Vüsalə İsayeva çıxış edərək qeyd etdilər ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sahələrinə nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Tədbir maraqlı diskussiya şəklində keçdi.

 

25 KB