Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gənclərlə daha yaxşı dünyaya” adlı tədbir keçirilmişdir

02.02.2022

01.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında 2 Fevral-

Gənclər günü ilə əlaqədar "Gənclərlə daha yaxşı dünyaya" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Bahar Gözəlova açaraq gəncləri 2 Fevral- Gənclər günü münasibəti ilə təbrik etdi və çıxışında qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Müasir Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi anır.

Samux şəhər kitabxana filialının multimedia resursları mütəxəssisi Samirə Ələkbərova çıxışında qeyd etdi ki, Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı cənab İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun arxasındadır.

Tədbirdə çıxış edən Fatma Mirzəyevada qeyd etdi ki, bu günkü tədbirdə əsas məqsədimiz gəncləri düzgün istiqamətdə maarifləndirməkdir. Əksər gənclərimiz öz potensialını ortaya qoymağa hazırdır və dövlətimiz də onlar üçün kifayət qədər şərait yaradır.

Tədbirdə söz alan gənclərdə öz fəaliyyətlərindən və gələcək planlardan söhbət açdılar.

 

143 KB