28.01.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 28.01.22-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən ibarət “Nizami ünvanlı kitablar” adlı kitab sərgisi təşkil edilmişdir. Sərgi haqqında məlumat verən şöbənin kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. O əsərlərində hər zaman humanist olaraq, xalqın arzu və istəklərini aydın şəkildə göstərmişdir. İştirakçılar sərgidə yer alan şairin həyat və yaradıcılığını əks etdirən, eləcədə “Xəmsə”yə aid olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları, şairin əsərlərindən ibarət miniatür təsvirli kitablar, rus və ingilis dillərində çap olunmuş nəşrlərlə tanış oldular. Oxuculara nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat veren Aytən Əiyeva sonda bildirdi ki, müdriklik və hikmət şairi kimi tanınan Nizami Gəncəvi irisi təkcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da çox böyük maraqla oxunulur və öyrənilir.