Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qu quşunun nəğməsi....” adlı söhbət keçirilib

28.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitaxananın Musiqi Not fonoteka şöbəsi 28.01.2022-ci il tarixdə xalq artisti, balerina Leyla Vəkilovanın anadan olmasının 95-illiyi ilə əlaqədar “Qu quşunun nəğməsi....” adlı söhbət keçirildi.

Tədbirdə şöbənin kitabxanaçısı Sevda Baxşiyeva Leyla Vəkilovanın həyat və yaradəcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, Leyla Vəkilova Ədilə Almaszadənin, sonralar isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnmişdir.

Leyla Vəkilova müxtəlif illərdə Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Pyotr Çaykovskinin “Sonalar gölü”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” və digər baletlərdə oynadığı unudulmaz rolları ilə mədəniyyətimizin tarixində əbədi iz qoyulmuşdur.

Leyla Vəkilova Polşada, Suriyada, Hindistanda və digər ölkələrdə ifaçı və baletmeyster kimi  Azərbaycanı  təmsil  etmişdir.

Tədbirdə iştirakçılar xalq artisti Leyla Vəkilovaya hasr olunmuş “Qu quşunun nəğməsi” ... kitabı ilə də yaxından tanış oldular.

 

97.9 KB