Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sirlər Xəzinəsi”kitabının müzakirəsini keçirilmişdir

28.01.2022

27.01.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Nizami Gəncəvinin əbədiyaşar əsərlərindən olan “Sirlər Xəzinəsi”kitabının müzakirəsini keçirdi. Tədbir M.Ə.Sabir adına tam orta məktəbin 8 lisey sinifi ilə birgə keçirildi. Tədbiri uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq uşaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verdi və “Sirlər Xəzinəsi” kitabı haqqında danışdı. Bu əsərdə Nizami Gəncəvi qəddar şahları, hökmüdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Tədbirin sonunda mövzu ilə bağlı müzakirə aparılmış, məktəblilərin sualları cavablandırılmışdır. Sonda Əsədova Mahirə, Eyyubova İlahə və Yusifova Aysun dahi şairin şeirlərindən bir parça söylədilər.

 

78.7 KB