28.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı I Qarabağ müharibəsinin şəhidi Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun anadan olmasının 60 ili münasibətilə “Ey Vətən uğrunda şəhid olanlar,Hamınız-hamınız qəhrəmansınız!” adlı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin 7c sinif şagirdləri ilə birlikdə anım günü keçirdi. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk öncə 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun həyat və keçdiyi döyüş yolu haqqında geniş məlumat verdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Nağıyeva Qənifə “Şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir” adlı çıxış etdi Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun adını daşıyır. Gürcüstan Resbublikası Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin 7c sinif şagirdləri Həsənova Mehriban “Şəhidlər ölməz,Vətən bölünməz “, İsmayılov Cavidan “Şəhidlik zirvəsi” adlı şerlər söylədilər. Tədbirin sonunda hər bir iştirakçı şəhidlərimizin adını çəkərək onların ruhlarının qarşısında baş əydilər.