28.01.2022
26.01.2022 ci il tarixdə Goranboy şəhər uşaq İncəsənət məktəbinin Şəhər mədəniyyət evində hesabat konserti keçirilmişdir.Öncə tədbirin aparıcısı məktəbin Həmkarlar təşkilatının sədri və nəzəriyyə müəllimi Yeganə Məmmədova Qarabağ müharibəsində canlarını fəda etmiş Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Sonra 1 ci Qarabağ müharibəsində iştirak etmiş Əliyev Elşən Zülfiqar oğlu və 2 ci Qarabağ müharibəsində iştirak etmiş Kərimov Şahin Elşən oğlu Tahirov Arzu Malik oğlunu və oğulları Müharibədə iştirak etmiş məktəbin qadın müəllimlərindən Nəbiyeva Amalya Adil qızı Vəliyeva Səbinə Loğman qızını səhnəyə dəvət etdilər.Onlara minnətdarlıq bildirildi və məktəbin Rəhbərliyi adından Fəxri Fərmanlar təltif edildi.Tədbir məktəbin Xor kollektivinin ifasında Zəfər mahnısıyla başladı.Sonra məktəbin 1 ci sinif şagirdləri xüsusi hazirlanmış musiqili kompozisiya ilə çıxış etdilər.Konsertdə məktəbin Fortepiano.Tar.Kamança.Qarmon və Rəqs ixtisasları üzrə şagirdləri rəngarəng musiqi proqramları ilə çıxış etdilər.Məktəbin Rəsm şöbəsinin 1 ci sinif şagirdlərinin əsərləri tədbirdə nümaiş etdirildi.Tədbir Cənab Ali Baş Komandan mahnısı ilə yekunlaşdı.