15.03.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mədəniyyət Mərkəzi Çobanabdallı kənd Diyarşunaslıq Evində Novruz bayramı münasibəti ilə konsert təşkil olundu. Konsertdə Bahar qız tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş, xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət arzulamışdır. Maraqlı konsert proqramı, eləcə də Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarında xoş-əhval ruhiyyə yaratmışdır.