Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nənəmin nağıl dünyası” başlıqlı nağıl saatı keçirilmişdir

27.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi 13 saylı kitabxana filialı 27.01.2022-ci il tarixdə "Nənəmin nağıl dünyası" başlıqlı Azərbaycan xalq nağıllarından ibarət "Cırtdan", "İki dost", "İgid oğlan" nağıllarından nağıl saatı təşkil etdi. Kitabxanaçı Qafarova Könül oxuculara nağılları ifadəli şəkildə oxudu. Nağılları maraqla dinləyən kiçik  yaşlı fəal oxucular nağıllar haqqında öz məntiqlərinə uyğun şəkildə düşündüklərini ifadə etdilər.
Nağıl saatlarının təşkili uşaqların dinləmək bacarığını, həyata motivasiyasını, düşüncə tərzini formalaşdırır.

 

129.4 KB