Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dilə gəldi telli sazım” başlığı altında ədəbi-bədii gecə keçirilmişdir

27.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 26.01.2022- ci il tarixində Haqqı və ədaləti təbliğ edən ürfan sahibi, sufi şair Aşıq Alının  220 illiyi ilə əlaqədar “Dilə gəldi telli sazım” başlığı altında ədəbi-bədii gecə keçirdi.Tədbiri 1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa açıq elan etdi. Tədbirdə Aşıq Alı yaradıcılığının araşdırmacısı Qabil Zimistanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əmakdaşı filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Telman Hüseynov, Dədə Ələsgər ocağı ictimai birliyinin sədri,Aşıq Ələsgər nəticəsi Xətai Ələsgərli, Aşıq Alı səcərəsinin nümayəndəsi  Taleh Əlioğlu,  Şair Aqşin Hacızadə, Azərbaycan yazıçılar birliyinin üzvü şairə Aləmzar Əlizadə,Təqaütdə olan müəllimə Validə Hüseynova, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalının müdiri Aidə Abdullayeva,Dəliməmmədli musiqi məktəbinin şagirdi Elman məmmədov,Gənc aşıq Ömər Məmmədov,Aşıq Təbriz,Göyçənin ustad aşığı Bəhmən Göyçəli,  Aşıqlar birliyinin üzvü İlqar Nəcəfov, Mərkəzləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Fəridə Qədimova  ayrı-ayrılıqda Aşıq Alı haqqında öz fikirlərini söylədilər. Tədbirdə Çıxışlar zamanı bildirildi ki,  Aşıq Alı böyük təcnis ustası olduğundan el arasında onu “Təcnis Alı”, “Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” da deyə çağırarmışlar. Aşığın ədəbi irsi bütövlükdə bizə gəlib çatmasa da, əldə olan qoşma, təcnis, təsnif, bayatı, gəraylı, ustadnamə, deyişmələrin hər biri əsil sənət nümunəsidir: 
 Tədbirdə bildirildi ki, Aşıq Alı gözəl şair olmaqla yanaşı, həm də saz havalarının misilsiz yaradıcısı kimi tarixə düşüb. “Göyçə şərili”, “Göyçəgülü”, “Ağır şərili”, “Göyçə qaytağı”, “Qəhrəmani”, “El bayatısı” (“Köç bayatı”), “Gilənar” saz havalarının Aşıq Alı tərəfindən yaradıldığı heç kimə sirr deyil.Onun əzəmətli və möhtəşəm poetik dühası insan gözəlliyini, harmoniya və ahəngdarlığı mükəmməl sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.    
  Aşıq Alının 20-dən çox şəyirdi olduğu da məlumdur. Aşıq Ələsgər, Aşıq Mehdi, Aşıq Məhəmməd, Aşıq Hümmət kimi qüdrətli sənətkarlar ustadın əlindən su içmiş, özləri də ustadlıq səviyyəsinə yüksəlib, ustadlarının üzünü ağ etmişlər.Tədbirdə Aşıq Alının həyatı, yaradıcılığı,aşıqlıq fəaliyyəti haqqında geniş çıxışlar edildi. Aşıqlarımızın ifasında Aşıq Alının sözlərinə yazılmış mahnılar və şerlər səsləndirildi.    1911-ci ildə dünyasını dəyişən sənətkardan gələcək nəsillərə böyük bir irs miras qaldı. Aşıq Alı həm də tarixə Ağ Aşığın şəyirdi, Aşıq Ələsgərin ustadı kimi düşdü. Bu üç sənətkar - Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər XIX əsr aşıq ədəbiyyatının üç gedişli-gəlişli, əbədi yoluna çevrildi.

 

77.5 KB