Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fonda daxil olan yeni kitabların sərgisi keçirilmişdir

27.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 27 yanvar 2022-ci il tarixində fonda daxil olan yeni kitabların sərgisini təşkil etdi. Sərgi müxtəlif elm sahələri və bədii ədəbiyyatlardan təşkil edilmişdir. 24 saylı kitabxana filialının böyük kitabxanaçısı Aslanova Təranə sərgidəki kitablar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.Sərgi üç dildə Azərbaycan, rus və xarici dildə olan ədəbiyyatlardan təşkil olunmuşdur.Sərgini təşkil etməkdə məqsəd oxucuların bədii zövqünün formalaşdırılması, onların arasında mütaliə mədəniyyətinin yüksəldilməsidir.Oxucuları kitabxanaya cəlb etmək,onlarda kitablara olan marağı daha da artırmaqdır.Sərgidə 24 saylı orta məktəbin şagirdləri iştirak etdilər.Şagirdləri ən çox tariximizlə bağlı "İrəvanxanlığı", "Şimal-Qərbi Azərbaycan:İngiloylar", "Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırım", "Azərbaycanın Türk-müsəlman əhalisinin soyqırımı", "Şamaxı xanlığı", "Haydar Alıyev in my life", kitabları oldu.

 

272.7 KB