Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ilə görüş keçirilmişdir

26.01.2022

25.01.2022-ci il tarixdə  Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı II Qarabağ Vətən müharibəsi Şəhidi  Araz Adil oğlu Məmmədovun xatirəsinə həsr edilmiş "Cəsur kəşfiyyatçı" başlıqlı şəhid ailəsi ilə görüş keçirdi. Görüşü açan filialın müdiri Rahilə Qasımova  "Tariximizin şanlı qələbəsi"nin yazılmasında şəhidlərimizin, qazilərimizin  göstərdikləri qəhrəmanlıqlardan danışdı. Müzəffər Azərbaycan əsgəri qarı düşməndən torparlarımızı qanı bahasına da olsa azad edib. Azərbaycan bayrağı bu gün həmin torpaqlarda dalğalanır. Bu bayraqların dalğalanması üçün neçə-neçə igidlərin qanı ilə suvarıldı Vətən torpağı. 
Tədbirdə Şəhidin ailə üzvləri çıxış etdilər. 19 saylı tam orta məktəbin şagirdi  Aysel Əlizadə isə "Şəhidlər ölməz" adlı şeir söylədi.  
Çıxış edən hər kəs Arazın qorxmaz, cəsur, mərd olduğunu qeyd etdilər. Komandiri Arazın idmanın bir neçə növündə əldə etdiyi uğurları  dəqiq kəşfiyyatçı olmasında mühüm rol oynadığını söylədi. Tədbirdə şəhidə həsr edilmiş videoçarx nümayiş etdirildi.  Böyük qələbəmiz üçün şəhidlərə, qazilərə, qalib ordumuza və Ali Baş Komandana  minnətdarıq dedilər. Tədbirdə kitabxananın oxucuları və əməkdaşları iştirak etdilər.