Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə İctimai İştirakçılıq Məclisi tərəfdaşlarla məhsuldar görüşlər keçirir.

26.01.2022

Gəncə İctimai İştirakçılıq Məclisi şəhərimizin rifahı üçün mütəmadi olaraq həm daxili iclaslarını keçirir, həm də müxtəlif layihələr üzrə dövlət qurumları və digər tərəfdaşlarla məhsuldar görüşlər keçirir.

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsinin binasında, idarənin rəisi Vasif Cənnətovla, Dövlət Turizm Agentliyinin regional qurumunun rəhbəri Zaur Bayramovla, KOBİA regional idarəsinin rəhbəri Anar Əliyevlə, Gəncə Dövlət Filarmoniyasının direktoru Elçin Elçiyevlə və Kapital Bankın Gəncə filialının rəhbəri Vüqar Paşayevlə olduqca maraqlı bir görüş keçirildi.

Dəyirmi masa formatında keçirilən görüşdə şəhərimiz və sakinlərimiz üçün faydalı sosial layihələr müzakirə edildi və bu istiqamətdə birgə fəaliyyət üzrə işlərin planlaması və reallaşması ilə bağlı qərarlar qəbul edildi.

Məhsuldar görüş üçün adı çəkilən insanlara təşəkkürümüzü bildiririk!

 

92.5 KB