14.03.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 14.03.2018-ci il tarixdə Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar “31 Mart xalqımın soyqırım faciəsi” başlığı altında film günü təşkil olundu.
Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, iki əsrdi erməni millətçi-şovinistləri xalqımıza qarşı işğalçılıq siyasəti yürütmüş, amansızlıqla, vəhşicəsinə qətllər törətmişdilər.1918-ci ilin martında 3 gün ərzində Bakıda, Şamaxıda, Qubada on minlərlə dinc əhali məhv edilmiş, məscidlər, məktəblər, memarlıq abidələri dağıdılmışdır. O bildirdi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə apardığı soyqırım siyasəti ifşa olunmuş. Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Sonda uşaqlar 31 mart soyqırımından bəhs edən filmə tamaşa etdilər. Tədbirdə 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.