Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ziyarət edilib

25.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev bu gün Goranboy rayon Yəhərçi Qazaxlar kənd sakini Vətən Müharibəsi Şəhidi Laçın Rasim oğlu Alıyevin ailəsini doğum günü münasibətilə ziyarət edib.
Şəhidimizin anası Məlahət Cavadova onları ziyarət etdiyimiz üçün bütün Mədəniyyət sahəsində çalışan əməkdaşlara sonsuz minnətdarlığını ifadə etdi.
Görüşdə Elçin Tağıyev Şəhid Laçın Alıyevin anası Məlahət Cavadovaya Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə isə səbir dilədi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun göstəriş və tapşırıqları əsasında İdarənin tabeliyində fəaliyyət göstərən bütün Mədəniyyət Mərkəzinin əməkdaşları rayon və şəhər üzrə Vətən Müharibəsi Şəhidlərinin və Qazilərinin ailələri daim ziyarət edilir onların keçdiyi şərəfli döyüş yoluna nəzər salaraq söhbətlər aparılır.
Sonda Şəhid anasi Məlahət Cavadovaya Regional İdarə adindan "8 Noyabr Zəfər Günü" Xarı-Bülbülün xatirə tablosu təqdim edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

63.7 KB