Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan yazıçısı Seyid Hüseynin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilib

25.01.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan yazıçısı Seyid Hüseynin anadan olmasının 135 illiyi ilə əlaqədar görkəmli yazıçının “Seçilmiş əsərləri”nə daxil olan hekayələrindən ibarət tədbir keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Kitabxanaçı ilk öncə tədbir iştirakçılarına Azərbaycan yazıçısı Seyid Hüseyn(Hüseyn Mir Kazım oğlu Sadıqzadə) haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycanda demokratik ideyaların yayılmasında və tənqidi realizmin təşəkkülündə xüsusi xidmətləri olan Seyid Hüseyn bədii nəsrində, ədəbi-tənqidi görüşlərində xalq həyatının, onun arzu və düşüncələrinin tərənnümçüsü, klassik irsin və müasirliyin, xəlqiliyin və beynəlmiləlçiliyin fəal təbliğatçısı və müdafiəçisi olmuşdur. Sonra Seyid Hüseynin “Seçilmiş əsərləri”ni tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yazıçının “Seçilmiş əsərləri”nə daxil olan “Mehriban”, “Həzin bir xatirə”, “Şirinnaz”, “Gilan qızı”, “Sarıköynək” və sair hekayələri haqqında məlumat verdi. Qeyd etdi ki, görkəmli yazıçının hekayələrində məişət problemləri, ailə və qadın hüquqsuzluğu məsələlərinə geniş yer verilir, ictimai problemlər ön plana çəkilir. Sonra kitabxananın fəal oxucusu tərəfindən “Gilan qızı” hekayəsi ifadəli şəkildə oxundu və hekayə haqqında müzakirələr aparıldı.Kitabxanaçı kitabı əldə etmək üçün oxucuların həm ənənəvi, həm də onlayn şəkildə kitabxanaya müraciət edə biləcəklərini iştirakçıların nəzərinəçatdırdı və onların suallarını cavablandırdı. Sonda tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

304.7 KB