Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq şairi Zəlimxan Yaqubun anım gününə həsr olunmuş onlayn şeir saatı keçirilib

25.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Xalq şairi Zəlimxan Yaqubun anım günü ilə əlaqədar onlayn şeir saatı keçirdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq iştirakçıları salamladı və tədbiri açıq elan etdi. Sonra böyük kitabxanaçı Könül Mirxudayeva şairin həyat və yaradıcılığı haqqında məlumat verdi.Şair həyatına qısa səyahətdən sonra tədbir şairin şeirlərinin səslənməsi ilə davam etdi və "Ana ürəyi","Dünya","Gözəldir" və s. şeirləri kitabxananın fəal iştirakçıları tərəfindən səsləndirildi.Gəncə Dövlət Universitetinin dil-ədəbəyyat fakultəsinin tələbəsi Esmira Alıyeva çıxış edərək bildirdi ki şairə böyük ümumxalq məhəbbətinin sirri onun vətənpərvərliyindən,türkçülü-

yündən, Ana dilimizə olan böyük sevgisindən irəli gəlir. Tədbiri keçirməkdə əsas məqsəd şair yaradıcılığını daha dərindən təbliğ etmək,oxuculara müəllifin əsərlərini oxumağı tövsiyə etməkdir.

 

61.9 KB