Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sən mütaliə edirsənmi” başlığı altında mütaliə həftəsinə yekun vurulub

24.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 13.01.2022-ci- 21.01.2022-ci il tarixinədək oxucuların kitabxanaya cəlb olunması məqsədilə, asudə vaxtlarının səmərəli təşkili üçün "Sən mütaliə edirsənmi" başlığı altında mütaliə həftəsinə yekun vuruldu.Kitabxanada təşkil olunmuş mütaliə həftəsində müxtəlif başlıqlarla "Nağıllar aləmi", "Azərbaycan ədəbiyyatının inciləri", "Mən oxudum, sən də oxu", "Kitabla dost ol, ən yaxşı oxucu ol", "Kitab bilik mənbəyidir" və s. başlıqlar altında oxuculara kitablar təqdim olundu. Mütaliə həftəsində bədii, klassik və müasir Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, başqa dövlətlərin ədəbiyyatlarından türk, rus, ingilis, alman, amerika və s. kitablar nümayş olundu. Mütaliə həftəsində kitab sərgisi, nağıl saatı, ucadan oxu, tapmaca saatı, kitab müzakirəsi, ədəbiyyat saatı və s. tədbir formaları həyata keçirildi.Hər bir tədbir formasında oxuculara mütaliənin vacibliyindən, kitab oxumağın insan düşüncəsinin, xarakterinin, dünyagörüşünün formalaşmasından, stresi azaltmağından söhbət açıldı. Mütaliə həmçinin məlumat bazamızı artırır, söz xəzinəmizi zənginləşdirir.

Kitabxanaya yeni üzv olan oxucular kitabxana və kitab fondu ilə yaxından tanış oldular.Oxucuları maraqlandıran sullar əməkdaşlar tərəfindən cavablandırıldı.

Mütaliə həftəsində əsas məqsəd insan zəkasında müstəsna rol oynayan mütaliə vastəsilə kitabxanaya yeni oxucu kontingentini cəlb etmək və onlarda mütaliəyəyə, kitaba maraq hissini artırmaqdan ibarətdir.

 

116.1 KB