24.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filalı 24 yanvar 2022-ci il tarixdə 46 saylı Körpələr evi uşaq bağçasında nağıl saatı keçirdi. Kitabxanaçı Səriyyə Abbasova balaca fidanlar üçün Azərbaycanın xalq nağılı "Ovçu Pirim"in nağılını söylədi. Kitabxanaçı uşaqlara söylədiyi nağılda düzgünlüyü, qorxmazlığı, təbiəti sevməyi, bitki və heyvanlara qayğı ilə yanaşmağı, vətənpərvər olmağı aşıladı.Uşaqlara sözü bütöv dürüst olmağın insana baş ucalığı gətirdiyini söylədi. Körpə fidanlar dinlədiyi nağıldan meşə quşları, heyvanları, bitkiləri haqqında xeyli məlumat öyrənmiş oldular.