Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim nağıllı dünyam” adlı nağıl saatı keçirilib

21.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxananın Uşaq şöbəsi gənc nəslin və kiçik yaşlı uşaqların, ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşması üçün bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də nağıl saatlarıdır. Nağıllar vasitəsilə uşaqlar yaxşını  pisdən ayırd etməyi, cəsarət, qorxaqlıq, dostluq ,həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri necə həll etməyi öyrənir.
Uşaqların sevinclə qatıldığı 21.01.2022-ci il tarixində keçirilən “Mənim nağıllı dünyam” adlı nağıl saatında uşaqlar müxtəlif mövzulardan bəhs edən nağıllar aləminə səyahət etdilər. Şöbənin kitabxanaçısı Nərmin Qasımova iştirakçıların  sevinclə qatıldığı nağıl günündə görkəmli rus yazıçısı  Aleksandr Sergeyeviç Puşkin  “Qızıl xoruz”, Azərbaycan şairi  Məhəmməd Füzulinin “Meyvələrin söhbəti”, Azərbaycan uşaq yazıçısı Aygün Bünyadzadənin “Bir damla su” nağıllarını oxudu.Hər zaman olduğu kimi uşaqların səbirsizliklə gözlədiyi nağıl saatı yenədə maraqlı keçdi. Hər bir nağılın sonunda isə uşaqlarla maraqlı müzakirələr aparıldı və onların fikirləri dinlənildi.

 

352 KB