Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeni kitablar” başlığı altında kitab sərgisi keçirilmişdir

21.01.2022

21.01.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında fonda yeni daxil olan  ədəbiyyatın təbliği ilə əlaqədar “Yeni kitablar” başlığı altında kitab sərgisi keçirildi.

Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq iştirakçıları salamladı və günbəgün zənginləşən  kitabxana fondu haqqında geniş məlumat verdi.

 Sonra “Molla Nəsrəddin: 1906-1931” I və II cildləri, “Azərbaycan multidissiplinar əlyazması:Xəzinədən incilər”, “Azərbaycan miniatürləri”, Marqaret Mitçelin “Küləklə sovrulanlar” və Çarlz Dikkensin “Oliver Tvist” kitablarının  xülasəsini etdi. Daha sonra isə tədbir iştikaçıları sərgidə nümayiş olunan kitablarla yaxından tanış oldular.

Tədbirdə Kəpəz Tədris Mərkəzinin müəllim və şagird kollektivi , kitabxananın fəal oxucuları iştirak etdi.

 

190.5 KB