Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəhruz Kəngərlinin 130 illik yubileyi ilə bağlı dəyirmi masa  keçirilmişdir

21.01.2022

21.01.2022 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın vizual sənətinin ilk peşəkar nümayəndələrindən biri olan realist dəzgah rəsminin banisi Bəhruz Kəngərlinin 130 illik yubileyi ilə bağlı dəyirmi masa  keçirildi.
Tədbiri ilk öncə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açaraq tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Bəhruz Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava- işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressioizim üslubuna meyil göstərirdi. Rəssamın bir sıra mənzərələrində, o cümlədən günün müxtəlif çağlarında fırçaya alman " İlanlı dağ" mənzərələrində impressionizm sənət cərəyanının əks - sədası aydın duyulur. Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaratmışdır. Bunlardan birinci dünya müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını - " Qızıl Əsgər" surətini xüsusilə qeyd etmək lazımdır.
Sonra söz Mədəniyyət Mərkəzinin metodisti Vəliyeva Leylaya verildi. O, bildirdi ki, 1921 - ci il fevralın 15 - də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərli 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlamışdır. O, 1992- ci ildə fevralın 7- də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir.

 

56.9 KB