21.01.2022
19.01.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “20 Yanvar – uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbir MKS-nin Uşaq şöbəsi və Samux rayon M.Ə.Sabir adına tam orta məktəbin 4a sinifi və müəllim kollektivi ilə birgə şagirdlərin əl işlərindən ibarət “20 Yanvar – uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirdi. Məktəblilər öz əl işlərindən ibarət rəsmləri sərgidə nümayiş etdirdilər. Sonda rəsm sərgisinin qalibləri müəyyən olundu.Hüseyinli Fərid, İsmayıllı Şəhriyar,İsmayılzadə Məhəmməd uşaq şöbəsinin müdiri Venera Məmmədova tərəfindən diplomla təltif olundu.
Sonra məktəblilərin və 5a sinif şagirdi Kazımova Fidanın öz yazdığı “Şəhidlər” seir dinlənildi.