Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qan yaddaşımız” mövzusunda tədbir keçirilib

21.01.2022

    20.01.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Uşaq şöbəsi Kəlbəcər rayon 9 saylı və 11saylı tam orta məktəbin şagirdləri ilə 20 yanvar faciəsinin 32 ildönümü ilə əlaqədar “Qan yaddaşımız” mövzusunda tədbir keçirildi.Tədbirdə şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Günel Qasımova açaraq tarixə qara həriflərlə yazılmış 20 yanvar faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. 1 saylı Şəhər kitabxanasının kitabxanaçısı Sevinc Abbasova çıxış edərək1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalmasından danışdı. Tədbirdə Kəlbəcər rayonun 11 saylı, 9 saylı tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda Uşaq Şöbəsinin müdiri məktəbliləri bu faciə gününü unutmamağa Vətəni dərin məhəbbətlə sevməyə,Vətənə layiqli övlad olmağı arzuladı.

 

63.2 KB