Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmaz qan yaddaşı ” adlı tədbir keçirilib

20.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə  19 yanvar tarixində 20Yanvar günü ilə bağlı “Unudulmaz qan yaddaşı ” adlı ənənəvi tədbir keçirdi.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Məmmədova Xatirə öz çıxışında bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi.

Daha sonra Seyidlər kənd tam orta məktəbintarix müəllimi Mehdiyeva Sübhanə o qanlı gecə haqqında geniş məlumat verdi.

Tədbirini sonunda şagirdlər vətənpərvərlik haqqında şerilər söylədilər.

 

88.4 KB