13.03.2018
13.03.2018-ci il tarixdə Gəncə şəhər MKS-in 1-saylı kitabxana filialında “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm” adlı dəyirmi masa keçirildi. Tədbirdə GDU-in tələbələri, 4№ li orta məktəbin 8-9-cu sinif şagirdləri və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Züleyxa Məlikova bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi olaraq daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.
Tədbirdə çıxış edən GDU in 4-cü kurs tələbəsi Günay Əliyeva Azərbaycan Cümhuriyyətinin liderlərindən və qurucularından, biri olan tanınmış dövlət xadimi Fətəli Xan Xoyski haqqında çıxış edərək qeyd etdi ki, Fətəli Xan Xoyski Cənubi Azərbayca- nın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur Xoyskilər nəslindəndir.
Gəncə Dövlət Universitetin tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov öz çıxışında, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuş - "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsinin müəllifi Məhəmməd Əmin Rəsulzadənin müstəqillik yollarında fəaliyyətindən danışdı.
GDU-in tarix fakültəsinin III kurs tələbəsi Anar Axundov Azərbaycan Xalq Cümhuriyyətinin ən fəal üzvlərindən biri olan Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov haqqında məlumat verərək bildirdi ki, AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır.