Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” 31 mart – Tarixin unudulmayan səhifəsi”

14.03.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 1918 – ci il azərbanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018 – ci il 19 yanvar sərəncamına əsasən ” 31 mart – Tarixin unudulmayan səhifəsi” mövzusunda söhbət keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi və Texnologiya Univerisitetinin tələbələri iştirak edirdi.

Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova 31 mart Azərbayclıların soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O, qeyd etdi ki, bəşəriyyət öz mövcudluğu ərzində saysız- hesabsız basqınların və dəhşətli faciələrin şahidi olub. Bunların bəşəri kütləvi şəkildə dinc, silahsız əhalinin , o cümlədən qocaların, uşaqların və qadınların məhv edilməsi ilə nəticələnib. Xalqımız da dəfələrlə erməni daşnaqlarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb.

Texnologiya Universitetinin müəlliməsi Natəvan Hacıyeva öz çıxışında qeyd etdi ki, təkzibedilməz faktlar sübut edir ki, erməni millətcilərinin Azərbaycan xalqına qarşı görünməmiş bir qəddarlıqla törətdikləri vəhşiliklər əsil genosiddir, soyqırımdır. Onlar törətdikləri bu qanlı cinayətlərə görə tarix qarşısında cavab verməli olacaqlar.

Sonra Texnologiya Universitetinin tələbəsi Əlizadə Günel çıxış edərək bildirdi ki, tarix boyu Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik iş birliyinin nəticəsi olub.

Sonda tədbir iştirakçıları soyqırımla bağlı təşkil olunmuş sərgi ilə tanış oldular.