20.01.2022
19.01.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 yanvar hadisələrinə həsr edilmiş "20 yanvara ulu öndər Heydər Əliyev tərəfindən verilmiş siyasi qiymət və bu günün tariximizdə əhəmiyyəti" mövzusunda seminar keçirildi. Seminarda çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Gənclərin İnkişafı və Kariyera Mərkəzinin Samux direktoru Kamil Məmişov və digər tədbir iştirakçıları mövzu ətrafında geniş çıxış etdilər. Bu günün xalqımızın tarixindəki mühüm yerindən, ulu öndər Heydər Əliyevin bu gün ilə əlaqədar qəti addimlar ataraq 20 yanvara siyasi qiymətin verilməsindəki xidmətlərindən, xalqın mübarizəsinin yenilməzliyindən bəhs olundu. Seminarda iştirak edən uşaqların və gənclərin sualları cavablandırıldı. Sonda 20 yanvara həsr edilmiş sənədli film nümayiş etdirildi.