19.01.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 18.01.22-ci il tarixində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq “20-Yanvar qanlı imperiyanın sonunun başlangıcı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və mövzu ilə əlaqədar video-çarx izlənildi.
Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq qeyd etdi ki, Azərbaycan tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 32 il keçsədə xalqımız bu faciənin ağrı acısını hələdə yaşayır. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.Tədbirdə iştirak edən Gəncə şəhər K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək qeyd etdi ki, Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsində haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızn qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar. Bununla da 20 Yanvar faciəsi Azərbaycanın şərəf və ləyaqət tarixinə çevrildi.
Tədbirin sonunda uşaq kitabxanasının oxucuları və şagirdlər Bəxtiyar Vahabzadənin ”Şəhidlər”, Ülvi Bünyadzadənin “Vətən üçün ölməliyik”, R. Həsənlinin “Od vurub qəlbimə 20 Yanvar ” və s. şeirlərini səsləndirdi. M. Aslanın “Ağla qərənfil, ağla” şeirindən hazırlanmış kompozisiya ilıə çıxış etdilər və 20 yanvar faciəsinə həsr olunmuş fotostendlə taniş oldular.