19.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin16 saylı kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Qəhrəmanlıq və İftixar tariximiz” başlığı altında anım günü keçirdi.Tədbirdə Əhməd Cavad adına 2 saylı orta məktəbin şaqirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Gəncə şəhər Heydər Əliyev mərkəzinin direktor əvəzi İlknur İsgəndərova açdı.
O,öz çıxışında qeyd etdi ki, Qanlı Yanvar hadisələrindən 32 il keçir.1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Gəncə MKS-nın 16 saylı kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova öz çıxışında bildirdi ki, Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Heydər Əliyev mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Sevinc Bədəlova və Əhməd Cavad adına 2 № tam orta məktəbin ibtidai sinif müəllimi Könül Rəşidova çıxış edərək qeyd etdilər ki, 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Tədbiirin sonunda şagirdlər 20 Yanvara aid şeirlər söylədilər.