Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsi ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir

19.01.2022

19.01.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində rayon mədəniyyət evi-nin və Xocalı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə əlaqədar olaraq dəyirmi masa ətrafında tədbir keçirildi. Tədbirdə rayon mədəniyyət evi-nin vərayon Mərkəzi Kitabxanasının işçiləri iştirak etdilər.

            İlk olaraq 20 Yanvar şəhidləri və digər şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sü-kutla yad edildi.

Rayon mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zir-vəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiya-sının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Rayon Mərkəzi Kitabxanasının biblioqrafı Balış Abışova çıxış edərək bildirdi ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və in­sanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı... “20 Yan-var faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezi-denti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadi-sələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu.

 

 

 

217.9 KB