Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Qara Yanvar ” mövzusunda onlayn video konfrans keçirilmişdir

19.01.2022

18.01.2022 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi,  kənd filialları,  GİKM - nin Samux nümayəndəliyi və gənc könüllülərinin təşkilatçılığı ilə birgə  20 Yanvar faciəsinin 32- ci ildönümünə həsr olunmuş " Qara Yanvar " mövzusunda onlayn video konfrans keçirildi.

Tədbiri ilk öncə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açaraq tədbir iştirakçılarını salamladı. O, qeyd etdi ki, Azərbaycan xalqının milli yaddaşına " Qara Yanvar "  faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 32 il ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir.

Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş Məsləhətçisi Əliyev Süleymana verildi. O, da tədbir iştirakçılarını salamladı. Və bildirdi ki, Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf  etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993- cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.

 

83.8 KB