Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində Novruz bayramı münasibəti ilə konsert

13.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbində Novruz bayramının gəlişi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramail Atayev açaraq Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqını təbrik etmişdir. O, Novruz bayramı haqqında danışaraq bildirmişdir ki, bu gün həm də “Yel” çərşənbəsidir.

Sonra məktəbin müəllim və şagirdlərin hazırladığı konsert proqramı təqdim edilmişdir.

Tədbirdə həmçinin Novruza həsr olmuş rəsm sərgisi də nümayiş etdirilmişdir.