19.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filial Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam ortaməktəbin müəllim və şagird kollektivi ilə birlikdə 20 Yanvar Ümumxalq hüzn gününün 32-ci il dönümü münasibətilə “Qanlı tariximiz-qan yaddaşımız”adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk öncə 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva ”20 yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsidir” adlı çıxış etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnar Hüseynova “Azadlığa aparan şərəfli tarix” ,tarix müəlliməsi Vəfa Haciyeva “İgid övladların fədakarlığını məhəbbətlə xatırlayaq”,Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvoludur”, Uşaq Birliyi Təşkilatının rəhbəri Nağıyeva Qənifə “20 yanvar Hüzün və qürur günümüzdür”adlı çıxışlar etdilər.Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin 6c - 7 c sinif şagirdləri “20 Yanvar o qanlı gecə“ adlı bədii kompozisiyanı nümayiş etdirdilər və 20 Yanvara aid şerlər söylədilər. Tədbirin sonunda hər bir iştirakçı şəhidlərimizin adını çəkərək onların ruhlarının qarşısında baş əydilər.