19.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Gəncə şəhər Nizami Gəncəvi Muzeyinin və Xocalı rayon Yaloba kənd Tarix- Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi muzeyində "20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi"adlı tədbir keçirildi.Tədbirdə mədəni-maarif işçiləri,ictimai fəallar,Vətən müharibəsi iştirakçıları və məktəb şagirdləri iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
1990 -cı il yanvarın 20-si xalqımızın həm qəhrəmanlıq həm də faciə səhifəsidir.Qəhrəman xalqımızın cəsarətli oğulları şəhidlik zirvəsinə ucaldılar həmin gün. Qanlı cinayət hadisəsi törədildi xalq öz əzmindən dönmədi.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi və faciə ilə bağlı sənədli film də nümayiş olundu.