Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tariximizin faciə dolu qəhrəmanlıq səhifəsi başlığı altında tədbir keçirilmisdir

19.01.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Tariximizin faciə dolu qəhrəmanlıq səhifəsi”başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylıfilialın müdir əvəzi Şəhla İlyasova apardı. O ilk öncə tədbir iştirakçıları Mehdi Mehdizadə adına 4 saylıxarici dillər təmayüllü məktəb liseyin 5-ci sinif şagirdlərini salamladı. Qeyd etdi ki, “Qanlı yanvar” və ya “20 yanvar faciəsi”adlandırdığımız qanlı hadisə1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən törədilmişdir. Həmin gün dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Lakin xalqımız sınmamışdır. Şəhidlərini xüsusi ehtiramla son mənzilə yola salmışdır. Sonra çıxışüçün sözü sinfin rəhbəri Səadət Eminbəyliyə verdi. Müəllimədə öz növbəsində həmin dəhşətli faciədən söz açdı, bütün şəhidlərimizin qəlbimizdə daim yaşayacaqlarını xüsusi olaraq vurğuladı. Tədbirdə şagirdlər Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Məmməd Aslanın “Ağla, qərənfil, ağla!”, Müzəffər Məzahimin “20 yanvar”şeirlərini kompozisiya şəklində təqdim etdilər. Sonda 20 yanvar faciəsinə həsr edilmiş rəsmləri izlədilər.

 

305.8 KB