18.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" adlı anım günü təşkil edildi.
Tədbiri açıq elan edən oxu zalının müdiri Aidə Abdullayeva 20 yanvar 1990-cı il faciəsi və həmin o dəhşətli gecədə şəhid olmuş igid oğlanlardan biri-şəhid Ülvi Bünyadzadə haqqında məlumat verdi.
Tədbirdə Ülvi Bünyadzadənin bibisi, Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist, filologiya elmləri doktoru ,Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri Almaz Ülvi (Almaz Binnətova) şəhidin usaqlıq illərindən, uşaq yaşlarından yazmış olduğu şeirlərindən, vətənə olan bağlılığından və həmçinin Ülvi Bünyadzadəylə bağlı özünün müəllifi olduğu kitablarından danışaraq, həmin kitabları iştirakçılara təqdim etdi. Və yeni kitablarını Gəncə şəhər Mərkəzi Kitabxanaya hədiyyə edəcəyni bildirdi.
GDU-nun Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov qanlı illərə, Qəhrəmanlıq tariximizin Qanlı Yanvar səhifəsinə tarixi nəzər salaraq çıxış etdi. Məhz 44 günlük Vətən savaşının başlanğıcını qoyan o dəhşətli gecəylə bağlı tarixi faktlarldan danışdı.
Şair Aqşin Hacızadə, Gəncə şəhər 12 nömrəli məktəbin direktoru Sevda Həsənova da öz növbəsində 20 yanvar faciəsi və şəhid Ülvi Bünyadzadə haqqında dəyərli fikirlərini bildirdilər və şair Aqşin Hacıyev bu qanlı gecəyə həsr olunmuş şeir ifa etdi.
Həmçinin Gəncə şəhər 12 nömrəli orta məktəbin 7 Ç sinif şagirdlərinin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş kompozisiya səsləndi.
Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış etdi: “Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o qocaların, körpələrin günahı?!...” Və bu kimi tarixi, vətənpərvər tədbirlərin kitabxanamızda mütəmadi şəkildə təşkil olunduğunun müqəddəs bir amal olduğunu xüsusi olaraq vurğuladı.
Bu il xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir. İgid övladların fədakarlıqlarını məhəbbətlə anırıq. Qanlı tarixlər,illər, əsirlər ötsə də Azərbaycan salnaməsinə yazılmış qanlı tarix bir həqiqət olaraq unudulmayacaq-20 Yanvar 1990-cı il!