Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidli- şahidli gecə” mövzusunda anım günü keçirilmişdir

18.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialının əməkdaşları tərəfindən 18 yanvar 2022 - ci il tarixdə 20 Yanvar şəhidlərinin 32 - ci ildönümü ilə əlaqədar "Şəhidli- şahidli gecə" mövzusunda anım günü keçirildi.Tədbirdə Bülbül adına 3 saylı musiqi məktəbinin müəllim kollektivi və şagirdlər iştirak edirdi.Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq 1990- cı il 20 Yanvar günü xalqımıza qarşı törədilən terrorla bağlı məlumat verdi.Sonra tədbirin aparıcıları,kitabxananın əməkdaşları Könül Mirxudayeva və Vüsalə Mustafayeva ardıcıl olaraq 20 yanvar faciəsini doğuran səbəblər,faciənin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu haqqında tədbir iştirakçılarına məlumat verdilər.Çıxışlardan sonra musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış,şəhidlərin 32 illik xatirəsinə həsr edilmiş vətənpərvərlik,qəhrəmanlıq haqqında yazılmış şeirlər,mahnılar,bayatılar səsləndirildi.Tədbirin sonunda iştirakçılar kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Şəhidli-şahidli gecə" adlı sərgi ilə tanış oldular.Tədbirin sonunda kitabxanaçı məktəbliləri bu faciə gününü unutmamağa,Vətəni daha dərin məhəbbətlə sevməyə,torpaqlarımızın azadlığı uğrunda mübariz olmağa çağırdı

 

60.9 KB