18.01.2022
18.01.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-in Səyyar şöbəsi "20 Yanvar" gününə həsr olunmuş "20 Yanvar Şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün Azərbaycan gəncləri üçün örnəkdir"adlı tədbir keçirdi.Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla Azərbaycan şəhidlərini yad etdi. Səyyar şöbənin kitabxanaçısı Lalə Dadaşova 20 Yanvar günü ilə əlaqədar olaraq iştirakçilara sərgidə yer almış 20 Yanvar hadisələrini əks etdirən kitablar haqqında məlumat verdi. Həmçinin bildirdi ki,1990 -cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliniyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.Baş vermiş bu amansız hadisə insanların azadlıq eşqini söndürə bilməyib, xalqımızın qanı bahasına olsada öz dövlət müstəqilliyinə qovuşub. 20 Yanvar hadisələri zamanı, həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin daima qəlbində yaşayacaq qəhrəmanlardır. Onların həlak olması təbii ki, xalqımız üçün ağır itkidir. Ancaq eyni zamanda da onların vətən uğrunda şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Azərbaycanımızın müstəqilliyi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və bu gələcək nəsillərə ötürüləcəkdir.