Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tariximizə yazılmış Qanlı Yanvar “mövzusunda dəyirmi masa  keçirilmişdir.

18.01.2022

18  Yanvar 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə Şəhər Mədəniyyət Mərkəzində  1990- cı ildə Sovet Ordusunun Bakıda törətdiyi qanlı Yanvar faciəsi ilə əlaqədar “Tariximizə yazılmış Qanlı Yanvar “mövzusunda dəyirmi masa  keçirilmişdir.

      Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova  açaraq  ilk öncə bütün Azərbaycan şəhidlərinin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

      O,çıxışında qeyd etdi ki, O gün  Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün xalqımız öz milli azadlığı və müstəqilliyi uğrunda böyük bir imperiya  ilə mücadiləyə qalxdı.Qəlblərində Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular.

     Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov  çıxışında qeyd etdi ki, 1990- cı il yanvarın 19- dan 20- ə keçən gecə Sovet Ordusu  əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladı.

     Ərazi  sakini Yusif Məmmədov çıxış edərək qeyd etdi ki, 1990- cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş  xalq kütlələrinə qarşı Sovet  Ordusunun böyük hissələrinin yeridilməsi faciəyə səbəb oldu.

      Daha sonra Mədəniyyət Mərkəzində fəaliyyət göstərən  kurs tələbələri şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

     Tədbir mövcud karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunmuşdur.

 

76.8 KB