Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar unudulmur, daim yaddaşlarda yaşayırlar” başlığı altında söhbət keçirilmişdir

18.01.2022

Gəncə Regioanal Mədəniyyət İdarəsi Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı vətənpərvərliyin təbliği məqsədilə II Qarabağ Vətən müharibəsi şəhidi Elçin Cəbrayılov Surxay oğlunun anım günü ilə əlaqədar "Qəhrəmanlar unudulmur, daim yaddaşlarda yaşayırlar" başlığı altında söhbət keçirildi. Kitabxanaçı Qafarova Könül II Qarabağ Vətən müharibəsi haqqında qısa məlumat verdikdən sonra, şəhidin keçdiyi şərəfli həyat yolundan söhbət açdı.Azərbaycan ordusunun 44 gün davam edən Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin canı və qanı bahasına Ermənistanın 30 ilə qurduğu istehkamları yarıb keçərək düşmənin silahlı qüvvələrini darmadağın etdi və onların sücaəti, qorxmazlığı nəticəsində Zəfər yürüşü şanlı qələbə ilə başa çatdı.Həmin qəhrəmanlardan biri də Elçin Cəbrayılov Surxay oğludur.O, 10.01.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin işğalı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 21-də Füzuli döyüşləri zamanı ürəyindən vurulur və şəhidlik zirvəsinə ucalır.Azərbaycan ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Əsas məqsədimiz kitabxanaya gələn oxucularımıza vətənpərvərlik hissini aşılamaq və tarixi məqamları onların nəzərinə çatdırmaqdan ibarətdir.

 

83.3 KB