Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc yazar Eltun Türkelin “Tənhaların duası” kitabının təqdimat mərasimi keçirilib

18.01.2022

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxananın Oxu zalında gənc yazar Eltun Türkelin “Tənhaların duası” kitabının təqdimat mərasimi keçirildi.

            İlk öncə Azərbaycan torpaqları uğrunda həlak olmuş Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

         Oxu zalının müdiri Aidə Abdullayeva şair Eltun Türkelin həyat və yaradıçılığı ilə bağlı məlumat verdi.

         Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar Bölməsinin sədri, şair, dramaturq Xəzangül Hüseynova,nasir,şair,publisist,dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qərib Mehdi, jurnalist,dramaturq,publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli,Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi,uşaq ədəbiyyatının görkəmli nümayəndəsi,şairə Aləmzər Əlizadə,Prezident təqaüdçüsü,poeziyamızın görkəmli nümayəndəsi Aydın Murovdağlı,əməkdar müəllim,istedadlı şair,publisist Saleh Qurbanov, Respublikanın əməkdar mədəniyyət işçisi şair Bəxtiyar Muradov,yazıçı,jurnalist,publisist Ümbülbanu xanım,tənqidçi-jurnalist Firəngiz İdrisqızı,şairə Mələk İsmayıl,Zülfiyyə Yaqub,şair Eltun Türkelin qardaşı Firuz Göyçəsiz,şair Gəray  Bayram, həmçinin Eltun Türkelin təqdimatı olunan kitabında yer almış  “Qələbə ətirli medallar” sənədli hekayəsində haqqında yazılan qazi Ruslan İsmayılov şair Eltun Türkelin müsbət keyfiyyətlərindən, özünə tənqidi yanaşmasından, təvazökarlığından, dərin məna kəsb edən şeirlərindən və təqdimatı keçirilən “Tənhaların duası”kitabı haqqında geniş və maraqlı çıxışlar etdilər.Gəncə şəhər 26 saylı orta məktəbin müəlliməsi Ramilə Əhmədovanın rəhbərliyi ilə həmin məktəbin şagirdlərinin ifasında Eltun Türkelin şeirlərindən ibarət kompozisiya səsləndirildi.Şairin dostu aşıq Ramin Vəlioğlu Eltun Türkelin şeirinə həsr olunmuş nəğmə ilə çıxış etdi.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova kitabxananın təşkil  etdiyi belə bir gözəl kitab təqdimatının işığına toplaşan  Gəncə yazar və şairlərinə,  tədbir iştirakçılarına təşəkkürünü bildirdi və gənc yazara yeni yaradıçılıq uğurları arzuladı.

      Sonda çıxış edən gənc yazar Eltun Türkel ədəbiyyata olan hədsiz marağından,öz yaradıcılıq yolundan bəhs edərək ustadı Şair Seyid Süleyman və baçısı Mərziyyə Baxşalıyevadan bəhrələnərək ilham aldığını xüsusi vurğuladı və tədbirdə iştirak edən hər kəsə,kitabxananın kollektivinə dərin təşəkkürünü bildirdi.

 

145.8 KB