12.03.2018
Gəncə şəhər MKS-nin 24 №li kitabxana filialı 12.03.2018-ci il tarixdə 24 №li orta məktəbdə Azərbaycanın Xalq şairi Cabir Novruzun anadan olmasının 85 illiyi münasibətilə “Həyat, sevgilimsən sevirəm səni” adli şeir gecəsi keçirdi. Şeir gecəsini kitabxana filialının müdiri Rahilə Qasımova açdı və şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra söz direktor müavini Qiymət xanıma verildi. Qiymət xanım Cabir Novruz yaradıcılığının və mahnılarının pərəstişkarı olduğunu söylədi.
Tədbirdə iştirak edən ədəbiyyat müəllimi Afaq Seyidova şairin yaradıcılığı haqqında ətraflı məlumat verdi: Cabir Novruz yaradıcılığı xalqa vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Həm də o gözəl, zərif məhəbbət şairidir. Buna görə də onun şeirlərinə çoxlu mahnılar bəstələnmiş və dillər əzbəridir.
Tədbirin bədii hissəsində məktəblilər Cabir Novruzun “Bir ana qucağında bir körpə aparırdı”, “Cavanlığım”, “Səni unutmaqdan ötrü...”, “Gecikmiş məhəbbət” mahnılarını ifa etdilər.
Tədbirdə məktəblilər şairin” Azərbaycanı sevin, sevin Azərbaycanı”, “Daha dəhşət”, “Düz yaşadaın Cabir Novruz”, “Sağlığında qiymət verin insanlara”, “Füzuli”, “Yuxumda o taya keçdim bu gecə”, “Ay ana” və. şeirlərini söylədilər.
Sonda isə tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış oldular