17.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 17.01.2022- ci il tarixində Fonda daxil olan yeni kitabların sərgisini təşkil etdi.
Sərgidə müxtəlif elm sahələrini əhatə edən rus, azərbaycan və xarici dildə olan ədəbiyyatlar təşkil olunmuşdu.Sərgi ilə iştirakçıları 1 saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə tanış etdi. Sərgini təşkil etməkdə məqsəd oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsidir. Həmçinin də oxucuları kitabxanaya cəlb etmək,onlarda kitablara olan marağı daha da artırmaqdır. İlhamə son iki ay ərzində kitabxanamıza daxil olan yeni kitablar haqqında iştirakçılara məlumat verdi.Eyni zamanda sərgilənən Elxan Elatlı “Arxalı canavar ”, Elxan Elatlı “Eksperiment “, Elxan Elatlı”Məhəbbətin gizli kodu” Çingiz Abdullayev “Freyd üçün etüd,” Altın Arıq “Xakas qəhrəmanlıq eposu”,Unberto Eko “Qızılgülün adı”, Elias Kanetti “Korlaşma”, Çingiz Qajar “Old Shusha”, Elçin Vilayət Quliyev”Özümüz və sözümüz” və digər fonda daxil olmuş yeni kitablarla iştirakçıları tanış etdi.
Sərgidə Cəfər Cabbarlı adına orta məktəbin şagirdləri iştirak etdilər.