17.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 8 sayli filialı 17.01.2022-ci il tarixdə Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi, içtimai xadim Nazım Hikmətin anadan olmasının 120 illiyi ilə əlaqədar "Türk ədəbiyyatının ustad şairi" başlığı altında M. Mehtizadə adına 4 sayli ingilis təmayüllü məktəb liseyin 7 sinif şagirdləri ilə birgə şeir saatı keçirdi.
Tədbiri kitabxanaçı Asya Qurbanova açaraq, şairinin həyat və yaradıcılığı haqqında məlumat verdi və bilirdiki Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçıları ilə dostluq və yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Şagirdlər: Kamran Haciyev, Əliyeva Fəridə, Ağayeva Səma, Tapdıqova Məryəm şairin şeirlərini söylədilər. Sonda şagirdlərə "Məmləkətim" şeiri şairin öz səsi ilə video yazı formasında təqdim olundu. Sonda kitabxanaçı ədəbiyyat müəllimi Laura Hacıyevaya öz təşəkkürünü bildirdi və xatirə şəkli çəkdirdilər.